Abşeron rayonu Nübar qəsəbəsindəki sürüşmə sahəsi aktivləşib

Abşeron rayonu Nübar qəsəbəsindəki sürüşmə sahəsi aktivləşib. APA-nın xəbərinə görə, sürüşmənin aktivləşməsi nəticəsində yaxınlıqda yerləşən bir neçə yaşayış evinə ziyan dəyib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, sürüşmənin aktivləşməsinə əraziyə düşən atmosfer yağıntıları və texnogen amillər səbəb olub.
Nübar qəsəbəsində sürüşmə sahəsinin 2017-ci ilin yazında əmələ gəldiyini xatırladan ekspedisiya rəisi qeyd edib ki, ərazidəki yaşayış evləri vulkan məhsullarının üzərində yerləşir: "Sürüşmə sahəsinin yaranmasına yamacın kəsilməsi səbəb olub. Evlər də vulkan məhsullarının üzərindədir. Bizim xəbərdarlığımıza baxmayaraq, orada evlər tikilib. Sürüşmə hazırda aktiv fazadadır".
Qeyd edək ki, Nübar qəsəbəsindəki sürüşmə sahəsi Hökməli palçıq vulkanının yaxınlığında yerləşir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












