Abşeronda COVİD-19 vurusu ilə bağlı genişmiqyaslı reydlər keçirilir - FOTO

Abşeron rayonunun kənd və qəsəbələrində COVİD-19 vurusunun yayılmasının qarşını almaq məqsədi ilə mütəmadi olaraq maarifləndirmə, təbliğat tədbirləri həyata keçirilir.
İcradan verilən məlumata görə, Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış Operativ Qərargahın üzvləri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşlarının və könüllülərdən ibarət mobil qrupların birgə iştirakı ilə fəaliyyətinə icazə verilən obyektlərə baxış keçirilir, sakinlərlə söhbətlər aparılır.
Qeyd edək ki, ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə riayət etməklə açıq hava məkanlarında iaşə müəssisələrin fəaliyyət gəstərməsinə icazə verilib. Bununla əlaqədar olaraq Abşeron rayonu ərazisində fəaliyyətinə icazə verilmiş iş və xidmət sahələrində sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə Abşeron Rayon İcra Hakimiyyəti və digər dövlət qurumları mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirir, sahibkarlar və sakinlərlə maarifləndirici söhbətlər aparılır, onlara müvafiq metodiki göstərişlər paylanılır. Bu qəbilədən olan növbəti reydlər Xırdalan şəhəri də daxil olmaqla rayonun 15 kənd və qəsəbəsində həyata keçirilib.





Bu ölkədə benzin bahalaşdı, gediş haqqı pulsuz oldu
Sürücü və sərnişinlərin "konum" dərdi: Ünvanların tapılmamasının səbəbləri - VİDEO
Bakı-Qazax yolunun Nəvahi ərazisindən keçən hissəsində hərəkət bərpa olunub - AAYDA
Xəzərin səviyyəsindəki dəyişiklik turizm üçün yeni yanaşma tələb edir - MEMAR
Çin avtomobilləri yağış sınağından çıxmadı
Paytaxtın yükü 4 dəfə artıb, amma kanalizasiya sistemi yenilənməyib - MEMAR
Sürücüləri təhlükəyə atan yol: Bir gündə onlarla maşının təkəri sıradan çıxdı - VİDEO
Leysanda yoxa çıxan nömrələrin dublikatı niyə verilmir? - VİDEO
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO










