Abşeronda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha altı nəfər saxlanılıb - VİDEO

Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xırdalan şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Fəxri İsayev, Musfiq İsayev, Asim Ağayev və Samir Rzayev saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Həmin şəxslər izahatlarında narkotiki şəxsi istifadələri üçün Xırdalan şəhərində yaşayan Aqil adlı şəxsdən aldıqlarını bildiriblər. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs - Aqil Əsgərov da saxlanılaraq istintaqa təqdim edilib. Onun yaşadığı evə baxış zamanı dörd kiloqrama yaxın heroin, metamfetamin və marixuana aşkar edilib. Aqil Əsgərov ifadəsində Xırdalan şəhəri və ətraf ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib.
İdarə əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha bir nəfər – Amil Talıbov da saxlanılıb. Həmin şəxsdən isə bir kiloqrama yaxın marixuana aşkar olunub.
Faktlarla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.
Bakı-Qazax yolunun Nəvahi ərazisindən keçən hissəsində hərəkət bərpa olunub - AAYDA
Xəzərin səviyyəsindəki dəyişiklik turizm üçün yeni yanaşma tələb edir - MEMAR
Çin avtomobilləri yağış sınağından çıxmadı
Paytaxtın yükü 4 dəfə artıb, amma kanalizasiya sistemi yenilənməyib - MEMAR
Sürücüləri təhlükəyə atan yol: Bir gündə onlarla maşının təkəri sıradan çıxdı - VİDEO
Leysanda yoxa çıxan nömrələrin dublikatı niyə verilmir? - VİDEO
Piyadalara su sıçradan sürücüləri hansı cəza gözləyir? - VİDEO
Sel suları kənd yolunun bir hissəsini yararsız hala saldı - FOTO
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər - VİDEO
Metropoliten rəisi: ictimai nəqliyyat pulsuz olmalıdır
Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ










