Açıq lyuklar sürücülərə təhlükə yaratdı - Dəymiş zərərin ödənilməsini ... - VİDEO

Paytaxtın bəzi küçə və prospektlərində sürücülər təhlükəli yol şəraiti ilə üzləşirlər. Hərəkət zamanı qəfil qarşılarına açıq lyuk və ya dərin çalalar çıxır.
Nəticədə, çuxura düşən avtomobillər ciddi texniki zərər görürlər. "Həftədə bir dəfə təkər dəyişirik. Çuxura düşürük, təkər yararsız vəziyyətdə qalır", - deyə sürücülərdən biri narazılığını bildirib.
Bəs bu kimi hallarda sürücüyə dəymiş ziyanı kim ödəməlidir?
Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, məsuliyyət yol sahəsinə nəzarət edən qurumun üzərinə düşür:
"Sürücülər üçün aydın və təhlükəsiz yol şəraiti təmin olunmalıdır. Bu, müvafiq dövlət qurumlarının borcudur".
Ekspert, həmçinin bildirib ki, sürücü bu cür vəziyyətlə qarşılaşıbsa, avtomobilinə ziyan dəyibsə, məhkəməyə müraciət edə və dəymiş zərərin ödənilməsini tələb edə bilər.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Bunu edən sürücülər cərimələnir... - AYNA-nın yeni tələbi nəyə səbəb olacaq?
Yük maşınları ilə bağlı tədbirlər görülməlidir - AÇIQLAMA
Ali təhsilli şəxslər üçün əsgərlik qaydaları dəyişdi - AÇIQLAMA
"Baku electronics"in postu saxta çıxdı - Linkə girənlərin məlumatları ələ keçirilir - FOTO
Moped və motosikletlərlə bağlı yeni qaydalar qəbul edildi - Nələr dəyişəcək? - SORĞU - VİDEO
Sarayda yolu yox, göyü işıqlandıran dirəklər sürücüləri qaranlıqda qoyur - VİDEO
Taksi sürücüsü sertifikatını satanlar var? - AYNA xəbərdarlıq etdi
İran masada razılığa gəlməsə, İsrail təzyiq aləti kimi istifadə ediləcək – SİYASİ ŞƏRHÇİ
Piyada zolağı var, amma keçməyə yer yoxdur - Bakıda maraqlı mənzərə - VİDEO
Rusiyada benzin kəskin bahalaşdı
Masazırda 2 km-lik yolun əsaslı təmiri yekunlaşıb - FOTO - VİDEO










