Adam oğurlayıb pul tələbə edən dəstə ələ keçdi - FOTOLAR

Noyabrın 8-də Bakı şəhər sakini Balabəy Məmmədov Nərimanov Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, Binəqədi rayonunda qardaşları ilə birlikdə olarkən borcu olduğu Rövşən Əmirxanlı, Rasim və Orxan adlı şəxslərlə birlikdə onların qarşını kəsib zorla maşına oturdub hədə-qorxu gəldikdən sonra Akademik H.Əliyev küçəsində qardaşı Rüfət Kəngərlini girov götürərək özləri ilə aparıblar. Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, həmin şəxslər B.Məmmədovla əlaqə saxlayaraq qardaşının azad olunması müqabilində ilkin olaraq 1000 manat tələb ediblər. Pulu verməyəcəkləri təqdirdə isə qardaşını qətlə yetirəcəklərini bildiriblər. Hadisəni törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Rasim Ramazanov, Rövşən Əmirxanlı və Orxan Ağalı saxlanılıb.
Qeyd edək ki, dəstə üzvləri R.Kəngərlini oğurlayandan sonra onu səhərə qədər R.Ramazanovun Biləcəri qəsəbəsində yerləşən kirayə yaşadığı evdə saxlayıblar. Saxlanılan şəxslərdən R.Ramazanovun üzərinə baxış zamanı 1 ədəd idman tapançası, 1 ədəd gözyaşardıcı qaz balonu, 2 ədəd bıçaq, 20 ədəd “Fenadiazepin”, 20 ədəd “Tramadol”, 9 ədəd “Contromal”, 2 ədəd “Gerica” psixotrop həbləri həbləri, eləcə də 2.031 qram heroin, R.Əmirxanlıdan isə 2.931 ram heroin aşkar olunaraq götürülüb. Faktla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Emin





İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












