“Adama elə gəlir ki, yollarda müharibə gedir”

“Bizdə yol qəzalarının sayı və qəzalarda həyatını itirənlərin statistikası ilə bağlı vəziyyət çox acınacaqlıdır. Hər 100 avtomobil qəzasında 33-36 nəfər ölür. Adama elə gəlir ki, yollarda müharibə gedir”. Bunu millət vəkili Rafael Cəbrayılov Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyinin yol hərəkətinin təhlükəsizliyi ilə bağlı keçirdiyi tədbirdə deyib. Onun sözlərinə görə, bu sahədə maarifləndirməyə ciddi ehtiyac var: “Təsəvvür edin ki, İsveçin əhalisi təxminən bizim ölkənin əhalisi qədərdir, amma avtoqəzalarda ölüm sayı cəmi iki faizdir. Avstriyada 2,5, Türkiyədə 5 faizdir. Mən bir neçə il əvvəl bu statistikanı araşdırdım və məlum oldu ki, bir neçə il əvvələ qədər hər il yol qəzalarında 1200-dən artıq insan həyatını itirirdi. Bura xəsarət alanları da əlavə etsək, vəziyyətin çox acınacaqlı olduğunu görə bilərik. Sevindirici haldır ki, ötən il aparılan maarifləndirmə işlərindən sonra bu göstərici bir qədər aşağı düşdü”.
R.Cəbrayılov əlavə edib ki, maarifləndirmə işinin aparılmasında mətbuatın üzərinə böyük vəzifə düşür.
Elmin
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












