ADB Bakı metrosunun dekarbonizasiyası çərçivəsində tender elan edib

Asiya İnkişaf Bankı (ADB) "Gələcəyin ağıllı və dayanıqlı şəhər nəqliyyatının yaradılması üçün "Bakı Metropoliteni" QSC-nin dekarbonizasiyası" layihəsinin həyata keçirilməsi üçün tender elan edib. Bu barədə Avtosfer.az ADB-yə istinadən məlumat yayıb. Konsaltinq xidmətlərinin yerinə yetirilmə müddəti 12 ay, layihənin ümumi büdcəsi isə 400 min ABŞ dolları təşkil edəcək. Ərizələrin təqdim edilməsinin son müddəti oktyabrın 25-dir, işlərin başlanmasının isə dekabrın 1-nə planlaşdırıldığı bildirilir.
ADB hesab edir ki, Bakı metrosu paytaxtın ictimai nəqliyyat sistemində mühüm rol oynayır, şəhər mobilliyinin əsasını təmin edir və yerüstü nəqliyyat növlərinə aşağı karbonlu alternativ təklif edir.
"Bakı metrosui 41 kilometrə yaxın uzunluğu olan üç xətt istismar edir və 27 stansiya ilə xidmət göstərir. 2000-ci ildən sərnişin axını ildə orta hesabla 5 % artaraq 2024-cü ildə təxminən gündə 630 minə çatıb. Azərbaycan hökuməti metro şəbəkəsinin genişləndirilməsi və enerji infrastrukturunun modernləşdirilməsinə təxminən 2,5 milyard ABŞ dolları yönəltməyi planlaşdırır", - Bankın hesabatında qeyd olunub. ADB hesab edir ki, bu investisiyaların davamlılığını və səmərəliliyini təmin etmək üçün "Bakı Metropoliteni"nə texniki dəstək lazımdır. Bu isə enerji səmərəliliyi, rəqəmsallaşdırma və aktivlərin idarə edilməsi sahəsində innovativ həllərin qiymətləndirilməsi və işlənib hazırlanmasına yönələcək.
Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - FOTO - VİDEO
Vahid məktəbli forması ilə bağlı yeni qaydalar; vətəndaşlar nə düşünür? – SORĞU - VİDEO
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərindən GÜC NÜMAYİŞİ - VİDEO
Yoldakı çuxurlar avtomobilin daha çox hansı hissələrinə zərər vurur? - EKSPERT
Hazırda Bakıda 26 istiqamətdə tıxac var: SİYAHI - FOTO
“Avtovağzal” və “Xocasən” stansiyalarına giriş niyə pulsuz edilib? – AÇIQLAMA - VİDEO
Yol boşdur, amma tıxac var: Səbəb sürücülərdir? – VİDEO
Azərbaycanda 8 ayda sərnişin sayı bu qədər artıb – STATİSTİKA
Fərdi avtomobil sayı artır; ictimai nəqliyyat sistemi necə qurulmalıdır?
İlham Əliyev: "Ağdərə rayonunda işə başlanılıb" - VİDEO
Rusiyanın Ukrayna qatarlarını vurması nəyə hesablanıb? - AÇIQLAMA











