ADB dekabrın 1-də Azərbaycan üçün yeni krediti təsdiq edə bilər

Dekabrın 1-də Asiya İnkişaf Bankının (ADB) Direktorlar Şurası "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) kredit ayrılması məsələsini müzakirə edəcək. "Report"un əldə etdiyi məlumata görə, Azərbaycan tərəfinə 400 mln. ABŞ dolları məbləğində borc veriləcəyi gözlənilir. 5 fazada ayrılacaq bu vəsait ölkədaxili dəmiryolu infrastrukturunun yenilənməsi layihəsinin ilkin mərhələsi üçün nəzərdə tutulub. Söhbət Bakı-Yalama dəmir yolu xəttinin yenidən qurulmasından gedir. Kreditin 150 mln. dolları yolun reabilitasiyası, qalan 250 mln. dolları isə dəmiryolu idarəsinin korporativ restrukturizasiyası üçün nəzərdə tutulub.
Xatırladaq ki, oktyabrın 23-25-də ADY-ni və Maliyyə Nazirliyini təmsil edən şəxslərdən ibarət nümayəndə heyəti bu layihə ilə bağlı danışıqlar aparmaq üçün Manilada (Filippin) səfərdə olub.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












