ADY-da görüş keçirilib - FOTO

“Azərbaycan Dəmir Yolları” QSC-də İslam İnkişaf Bankının (IDB) MDB ölkələri üzrə regional direktoru Hişan Marufun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Avtosfer.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın verdiyi məlumata görə, görüşdə son dövrlər Azərbaycanın dəmir yolu sektorunda həyata keçirilən islahatlar, beynəlxalq və regional layihələrin icra vəziyyəti, qarşıda duran vəzifələr haqqında məlumat verən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, ortamüddətli perspektivdə ölkənin regional logistika mərkəzinə çevrilməsinin əsas strateji hədəflərdən biri olduğunu bildirib, həmçinin təkcə regional deyil, artıq qlobal əhəmiyyətə malik Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin yenidən qurulması istiqamətində atılan addımlar barədə məlumat verib. Layihə çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC ilə IDB arasında əməkdaşlıq imkanları ətraflı müzakirə edilib.
H.Maruf təmsil etdiyi təşkilatın Azərbaycanla qarşılıqlı əməkdaşlığın inkişaf etdiriməsinin əsas prioritet istiqamətlərdən biri olduğunu və bu əməkdaşlıq kontekstində “Azərbaycan Dəmir Yolları” QSC-nin həyata keçirdiyi regional layihələrdə iştirak etməkdə maraqlı olduqlarını bildirib.
Emin
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI














