"ADY" iddiaçıların sayına görə tenderini ləğv edib

"Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur Departamenti KTSM-PONAB, mexaniki təpə və rabitə avadanlıqlarının satın alınması ilə əlaqədar keçirilmiş tenderlə bağlı bildiriş yayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Respublika" qəzetinin yaydığı məlumata görə, tender iki lot üzrə keçirilib. İlk lot üzrə rabitə avadanlıqları və materiallar, lot-2 üzrə isə KTSM-PONAB avadanlıqları (hərəkət tərkibində qızmış buksları aşkar edən qurğu), mexaniki təpə avadanlıqları və materiallarının alınması nəzərdə tutulurdu. Lakin hər lot üzrə yalnız iki iddiaçı şirkət təkliflər təqdim edib.
Nəticədə, "Dövlət satınalmaları haqqında" qanunun 1.1-ci maddəsinin tələblərinə əsasən, tender təklifi vermiş iddiaçıların sayı az olduğu üçün tenderin davamından imtina edilməsi qərarı qəbul olunub.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












