ADY rəhbərliyi ilə İctimai Şura arasında geniş tərkibli görüş keçirildi - FOTOLAR

İyulun 31-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvləri Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi ilə görüşüb.
Avtosfer.az xəbər verir ki, İctimai Şura üzvlərini salamlayan ADY QSC-nin sədri Rövşən Rüstəmov qurumun son dövrlərdə bir sıra prioritet istiqamətlərdə nəzərəcarpacaq nəticələr əldə etməsi, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, çevikliyin və həcmin artırılması, infrastrukturun mərhələli təmiri və yenilənməsi barədə ətraflı məlumat verdi. Eyni zamanda rəqəmsallaşma və innovativ texnologiyaların tətbiqinin ön planda olduğu, sərnişinlər ücün onlayn bilet satışı sisteminin təkminləşdirildiyi, yük daşımalarının rəqəmsal platformalar üzərindən idarə olunmasını, texniki nəzarət və diaqnostika proseslərinin avtomatlaşdırılmasını və bu istiqamətdə atılan mühüm addımları diqqətə çatdırdı. Gələcəyə baxış isə daha da iddialıdır. Bakı-Tbilisi- Qars və Orta Dəhliz üzrə daşımaların genişləndirilməsi, eləcə də müasir loqistika mərkəzlərinin qurulması haqda da məlumat verildi.
Sonra isə ADY QCS-in rəhbərliyi İctimai Şura üzvlərinin coxsaylı süallarını cavablandırdılar.
Sonda İctimai Şuranın sədri Siruz Abasbəyli görüşün təşkilatçılarına təşəkkür edərək ADY rəhbərliyinin ictimai nəzarətə acıq oldugunu sözlə yox, əməllə nümayiş etdirdiyini bildirib. Eyni zamanda, bu görüşün təkcə bir tədbir olaraq qalmayacagını, davamlı dialoqun, qarşılıqlı etimadın yeni mərhələsinə kecid olacagına ümid bəslədiyini dedi.
Bakı səmasında uçan dronla bağlı görüntülər – VİDEO
Nazirlikdən Bakıdakı dron səsi ilə bağlı AÇIQLAMA
Ramazan ayının iyirmi altıncı gününün duası - İmsak və iftar vaxtı
Nazirlər Kabineti mühüm qərar verəcək
Bu seriallar yayımlanmayacaq - SİYAHI
Ramazan ayının iyirmi beşinci gününün duası - İmsak və iftar vaxtı
Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək
Benzinin qalxması elektromobillərə marağı artır – ABŞ-də
Bu gecə Yer kürəsi vurulacaq - XƏBƏRDARLIQ
Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək verilir? – RƏSMİ AÇIQLAMA
Piyadalar keçidlərdən niyə istifadə etmirlər? - Aeroport yolunda "ölüm yarışı" - VİDEO














