Aeroport dispetçerləri tarixin ən böyük aviaqəzasının qarşısını aldı

San-Fransisko aeroportunda tarixin ən böyük aviaqəzasından son anda yayınmaq mümkün olub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, dispeçer sayıqlığı nəticəsində beş təyyarənin toqquşmasının qarşısı alınıb. Məlumata görə, insident iyulun 7-də gecə saatlarında baş verub. Torontodan uçan "Air Canada" aviaşirkətinə məxsus sərnişin təyyarəsi səhvən uçuş-enmə zolağına yox, yan yola istiqamət alıb. Həmin an bu yolda göyərtəsində sərnişinlər olan daha 4 təyyarə olub. Beş təyyarədə ümumilikdə beş yüzdən çox sərnişin olub. Dispetçer yalnız son anda Kanada aviaşirkətinə məxsus laynerin səhv istiqamət aldığını aşkarlayıb və hava gəmisinin komandirinə lazımi informasiyanı ötürə bilib. Pilotun da bacarığı sayəsində təyyarəni əsas enmə zolağına istiqamətləndirmək və uğurlu eniş həyata keçirmək mümkün olub.
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTO
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana səfəri ilə bağlı paylaşım edib - VİDEO
Hikmət Hacıyev: “İki dilin kombinasiyasında danışmağa çalışırıq” - VİDEO
İlham Əliyev və Mehriban Əliyeva Daşkənddə Heydər Əliyevin memorialını ziyarət ediblər - YENİLƏNİB
Hikmət Hacıyevə Özbəkistan səfərində özəl hədiyyə - FOTO
İlham Əliyev Özbəkistanda dövlət səfərindədir - VİDEO
Prezident İlham Əliyevin səfəri Özbəkistan mediasının diqqət mərkəzində - VİDEO
Daşkənddə İlham Əliyevin dövlət səfəri ilə bağlı qarşılanma bannerləri yerləşdirilib - VİDEO
Daşkənd hava limanında Prezident İlham Əliyevin qarşılanması üçün hazırlıq işləri aparılır - VİDEO - YENİLƏNİB
İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA










