Aeroport-Zığ dairəsi yolunda nəqliyyatın hərəkəti bərpa olundu

Bu gün səhər saatlarında yol-cizgi xətlərinin rənglənməsi ilə əlaqədar Bakıda Zığ-Hava limanı avtomagistralında tam bağlanan yolda hərəkət yenidən bərpa edilib. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətindən verilən məlumata görə, "avtomagistralın Zığ dairəsindən Hava limanı istiqamətində olan hissəsində 1-ci zolaqda məhdudlaşdırılmış hərəkət, 2-ci zolaqda isə sürət həddi bərpa edilib", - M.Ağayev əlavə edib. Xatırladaq ki, bu gün səhər Zığ-Hava limanı avtomagistralında yol-cizgi xətlərinin rənglənməsi ilə əlaqədar Hava limanından Zığ dairəsi istiqamətində yolda nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb. Avtomagistralın Zığ dairəsindən aeroport istiqamətində olan hissəsində 1-ci zolaqda hərəkət məhdudlaşdırılıb, 2-ci zolaqda isə surət həddi 60 km/saata endirilib. Bununla yanaşı, avtomagistralın Zığ dairəsindən Hava limanı istiqamətində açıq olan hərəkət zolaqları ikitərəfli yol kimi istifadə edilirdi.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












