Aeroportda əlavə avtobus dayanacağı olacaq

Azərbaycanın aşağı büdcəli aviaşirkəti - “Buta Airways” oktyabrın 29-dan Bakıdan bütün uçuşlarını Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci terminalının şimal girişindən yerinə yetirəcək.
Bu barədə Avtosfer.az aviaşirkətə istinadən xəbər verir.
Məlumatda deyilir ki, gələn reyslərin isə əvvəlki kimi 1-ci terminaldan yerinə yetirilməsi planlaşdırır.
“Terminal 2” mülki hava limanlarının istismarı üzrə bütün beynəlxalq tələblərə cavab verir. Terminalda kafe və restoranlar, “Duty Free” rüsumsuz ticarət mağazaları fəaliyyət göstərir. Hava limanının bütün ərazisində pulsuz yüksək sürətli internet (“Baku Airport Free Wi-Fi”) var.
Həmçinin, uçuş terminalının dəyişməsi ilə əlaqədar olaraq, “BakuBus” MMC-nin aeroporta hərəkət edən ekspress avtobusunun marşrutu da dəyişəcək. 2-ci terminalın uçuş zonası qarşısında əlavə dayanacaq olacaq. Avtobus hər yarım saatdan bir Heydər Əliyev Beynəlxalq Aeroportu və Bakının mərkəzi ("28 May" metro stansiyası) arasında "Koroğlu" metrostansiyasının yaxınlığında qısa müddətli dayanmaqla hərəkət edir” – deyə məlumatda qeyd edilib.
Əlavə məlumat üçün terminallardakı məlumat köşklərindəki əməkdaşlara, (+994 12) 497 27 27 telefon nömrəsi vasitəsilə aeroportun 24 saat fəaliyyət göstərən çağrı mərkəzinə, həmçinin Facebook sosial şəbəkəsində rəsmi səhifəsinə (www.fb.com/BakuAirport) müraciət etmək olar.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












