Aeroportda gömrük nəzarətinə bəyan edilməyən zərgərlik məmulatları aşkarlanıb

Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gömrük nəzarətinə bəyan etməməklə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. Bu barədə DGK-dan Avtosfer.az-a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşının əl çantası rentgen aparatından keçirilərkən monitorda qızıl-zinət əşyalarının təsviri görünüb. Bu səbəbdən vətəndaşın çantasına təkrar yoxlama keçirilib.
Yoxlama zamanı, vətəndaşa məxsus əl çantasının içində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 1 ədəd qolbaq-sırğa-üzük-kulon dəsti və 1 cüt sırğa aşkar edilib.
Daha sonra vətəndaşın üzərində şəxsi yoxlama nəticəsində 1 cüt sırğa, 6 ədəd qolbaq, 2 ədəd üzük, 3 ədəd boyunbağı aşkar olunub.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlərin ümumi çəkisi 175,4 qram olan 583/585 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatıdır.
Faktla bağlı araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












