Aeroportda göstərilən xidmətlərin qiymətləri ilə bağlı TƏKLİF

Hesablama Palatası (HP) dövlət vəsaitlərinin daha səmərəli istifadəsinin təmin olunması məqsədi ilə aeroport xidmətlərinin qiymətlərinin differensialaşdırılmasını təklif edir. Avtosfer.az xəbər verir ki, bu barədə palatadan Trend-ə verilən məlumata görə, aeroport xidmətləri, aeroportların uçuş zolaqları və qurğularının istismarı, hava gəmilərinə aviasiya və aeronaviqasiya xidmətləri, aviasiya təhlükəsizliyinin təmin edilməsi xidmətləri, eləcə də uçuşların təhlükəsizliyinin təmin olunması üçün hava gəmilərinə göstərilən texniki xidmətlər “Qiymətləri (tarifləri) dövlət tərəfindən təznimlənən malların (işlərin, xidmətlərin) siyahısı”na aid edilib. HP tərəfindən kənar dövlət maliyyə nəzarəti çərçivəsində “Azərbaycan Hava Yolları” QSC-də aparılmış audit zamanı məlum olub ki, hava gəmilərinə aviasiya və aeroport xidmətləri göstərən müəssisələrin aeroport ərazisində təqdim etdikləri müxtəlif məzmunlu xidmətlərin qiymətləri illər üzrə artıb. Nəticə etibari ilə həmin istiqamətlər üzrə xərclərin ümumi gəlirdən çıxılan xərclərin əhəmiyyətli hissəsini təşkil edib. Bununla yanaşı, həmin təsərrüfat əməliyyatlarının “AZAL”ın balansında olan aktivlərdən (torpaq sahələrindən, binalardan, qurğulardan) istifadə olunmaqla həyata keçirilməsi qarşılılıqlı hesablaşmalarda nəzərə alınmayıb. HP bunları nəzərə alaraq təklif edir ki, dövlət vəsaitlərinin daha səmərəli istifadəsinin təmin olunması məqsədi ilə aeroport ərazisində göstərilən xidmətlərin differensialaşdırılaraq qiymətlərinin qanunvericiliyin tələblərinə uyğun yuxarı həddinin müəyyənləşdirilməsi məqsədəuyğundur.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY












