Aeroportda İran vətəndaşından psixotrop maddələr aşkarlanıb

Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda psixotrop maddənin ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsinə edilən cəhdin qarşısını alıblar.
Avtosfer.az komitəyə istinadən xəbər verir ki, Tehran-Bakı aviareysilə gələn İran vətəndaşının çamadanı rentgen aparatından keçirilərkən çamadanda olan əşyaların monitordakı təsvirləri və sərnişinin hərəkətləri şübhə doğurduğu üçün o, saxlanılıb.
Vətəndaşın çamadanı təkrar yoxlanılıb və çamadanın içərisində olan şəxsi əşyaların arasında, üzərində "Alprazolam 1 - ABIDI, Alprazolam 1 mg" sözləri yazılmış iki ədəd qutudakı 15 konvalyutun hər birində 10 ədəd olmaqla, cəmi 150 ədəd ağ rəngli həblər aşkar edilib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən ağ rəngli həblər alprazolam dərman preparatıdır.
Xatırladaq ki, alprazolam "Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr"in III siyahısına daxildir və aşkar edilən 150 ədəd həbdə alprazolamın təsiredici maddəsinin ümumi miqdarı 0,15 qram təşkil edir.
Faktla bağlı araşdırma aparılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












