Aeroportda “LOT” aviaşirkətinin ilk reysi su şırnağı ilə qarşılandı -VİDEO
Gündəm
29 May 2022 23:48
Oxunub 2210

Mayın 28-də şənbə günü səhər Heydər Əliyev Beynəlxalq Aeroportunda “LOT” aviaşirkətinin Varşavadan yerinə yetirilmiş ilk sərnişin reysinin təntənəli açılışı olub.
Ənənəvi olaraq, Bakı hava limanında yeni aviadaşıyıcının təyyarəsi su tağı ilə qarşılanıb. Varşavadan Bakıya və geriyə uçuşlar həftədə dörd dəfə “LOT” aviaşirkəti tərəfindən yerinə yetiriləcək. Heydər Əliyev Beynəlxalq Aeroportunda Polşa aviadaşıyıcısının ilk reysinin necə qarşılandığını videoçarxda görmək olar:(AviaTravel)
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













