Aeroportda narkotik becərən şəxs tutuldu - Azərbaycanda

Azərbaycanda hava limanının ərazisində narkotik vasitə əkib-becərən şəxs tutulub. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşlarına rayonun Digah kənd sakini 1982-ci il təvəllüdlü Anar Xubəli oğlu Məmmədovun hava limanına məxsus ərazidə narkotik vasitə hesab olunan çətənə kolları becərməsi barədə məlumat daxil olub. Dərhal əməliyyat keçirən polis əməkdaşları əraziyə baxış keçirən zaman 34 yaşlı kənd sakininin 274 ədəd çətənə kolunu əkib-becərdiyinin şahidi olublar.
Əraziyə baxış zamanı Anar Məmmədovdan həmçinin 1 kiloqram qurudulmuş marixuana və 16 kalibrli ov tüfəngi də polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.
Saxlanılan şəxs istintaqa ilkin ifadəsində narkotik vasitə aludəçisi olduğunu qeyd edib.
Faktla bağlı rayonun polis şöbəsində araşdırma aparılır. İstintaq zamanı A. Məmmədovun Cinayət Məcəlləsinin 177.2.3 ( Oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə axtarışda olduğu üzə çıxıb.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












