Aeroportda qanunsuz qadın xəz kürkləri aşkar edildi - FOTO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda malların gömrük sərhədindən düzgün bəyan etməməklə və gizlədərək keçirilməsinə cəhdin qarşısını alıblar.
Avtosfer.az xəbər verir ki, HNBGİ Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Çin Xalq Respublikasından karqo ilə göndərilən brutto çəkisi 9935 kq olan geyim əşyaları gömrük əməkdaşları tərəfindən nəzarətə götürülüb.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilən müvafiq gömrük bəyannaməsi ilə "şallar, şərflər, kaşnelər, mantilyalar, duvaqlar və analoji məmulatlar" adlı mal sərbəst dövriyyəyə buraxılış gömrük proseduru altında bəyan edilib.
Həmin yük buraxılış mərhələsindən keçdikdən sonra gömrük əməkdaşları tərəfindən saxlanılıb və müvafiq qanunvericiliyə uyğun olaraq mallara Bakı Karqo Terminalında təkrar yoxlama keçirilib.
Təkrar yoxlama zamanı, bir ədəd bağlamada olan 80 qadın gödəkçəsindən 20 ədədinin içərisində xüsusi qaydada gizlədilmiş, gömrük orqanına düzgün bəyan edilməmiş 20 ədəd qadın xəz kürkləri aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Namiq
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












