Aeroportda sərnişinlər arasında kütləvi dava - VİDEO
Gündəm
25 İyul 2020 15:05
Oxunub 1172

Puerto-Riko hava limanında Filadelfiyaya uçuşun ləğv edilməsi davaya səbəb olub.
Avtosfer.az xəbər verir ki, “Fox News” bununla bağlı videogörüntüləri və hadisənin təfərrüatını yayıb.
Belə ki, San-Xuan şəhərinin aeroportundan havaya qalxacaq təyyarədə sərxoş qadın olub. Pilot ondan təyyarəni tərk etməsini istəyib.
Başqa bir sərnişində COVID-19 simptomları aşkar edilib. Bundan sonra təyyarənin pilotu təhlükəsizlik siyasətinə görə uçuşu ləğv etməli olub.
Nəticədə, hava limanının terminalında bu xəbərdən əsəbiləşən sərnişinlər arasında dava baş verib. Dava nəticəsində iki nəfərin yaralandığı, lakin tibbi yardımdan imtina etdiyi qeyd olunur.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













