Aeroportlarda rus dili olmayacaq

Ukrayna İnfrastruktur Nazirliyi ölkənin bütün aeroportlarında məlumat bildirişlərindən rus dilinin çıxarılmasına, elektron tablolarda, işarələrdə və səsucaldıcılar ilə elan verən zaman Ukrayna və ingilis dilindən istifadə edilməsinə dair göstəriş verib. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, İnfrastruktur Nazirliyinin mətbuat xidmətində müvafiq tapşırığın nazir Vladimir Omelyan tərəfindən oktyabrın 17-də aparatın iclası zamanı verildiyi barədə məlumat yayılıb.
“Rus dili olmamalıdır. Bu, dövlət dilinin istifadəsi məsələsi deyil – bu, ilk növbədə, özünə hörmət məsələsidir. Aeroport işçiləri sərnişinlərlə ünsiyyət zamanı Ukrayna və ya ingilis dilindən istifadə etməlidirlər”, - Omelyanın sözlərini mətbuat xidməti sitat gətirib.
Mətbuat xidmətindən infrastruktur nazirinin Ukraynada daşıma ilə məşğul olan bütün aviaşirkətlərə sırf ingilis və Ukrayna dilindən istifadə etməyə dair müvafiq xahişlə müraciət etmək niyyətində olduğunu bildiriblər. “Ukrayna adlarının ingilis dilində transliterasiyası ayrı məsələdir”.
“Ukraynanın İnfrastruktur Nazirliyi müvafiq təşəbbüslə məsələnin Ukrayna Nazirlər Kabineti səviyyəsində baxılması üçün çıxış edəcək”, – məlumatda bildirilib.
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”










