Aeroportun 11 işçisi təxribatda şübhəli bilinir

Qahirə aeroportunun 11 əməkdaşı qəsdən təxribat törətmək ittihamı əsasında həbs edilib. Avtosfer.az-ın "Report"a istinadən xəbər verir ki, hava limanında elektrik enerjisinin gözlənilmədən kəsilməsi ötən həftənin cümə günü baş verib. Kəsinti beynəlxalq və daxili uçuşlarda, eləcə də baqajın verilməsində gecikmələrə səbəb olub. Təhlükəsizlik sisteminin işi pozulub, kompüter və kondisionerlər sönüb, ehtiyat generatorlar işləməyib. Misirin Baş prokuroru Nabil Sadiq bazar günü Qahirə hava limanının 11 texniki mütəxəssisini açıq istintaq çərçivəsində 15 gün müddətinə həbs edilməsinə qərar verib. İlkin məlumatlara görə, onlara qarşı qəsdən elektrik enerjisinin kəsilməsi cəhdi ilə bağlı ittiham irəli sürülüb. Prokurorlar həmçinin hava limanını elektrik enerjisi ilə təchiz edən "Electricity Company" şirkətinin əməkdaşlarının hərəkətlərini araşdıracaq.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












