Afrində Türkiyənin tankı vuruldu - Şəhid sayı 7-yə çatdı

Türkiyə ordusu Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatında daha 2 itki verib. “Qafqazinfo” CNN Türk-ə istinadən xəbər verir ki, terrorçuların atdığı raket sərhəddəki Süngütəpə kəndidə xidmət aparan əsgərlərin olduğu yerə düşüb. Raket zərbəsi nəticəsində 5 əsgər yaralanıb, biri isə şəhid olub. Yaralılar Kilis Dövlət Xəstəxanasına yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağırdır.
Bundan başqa, 1 əsgər isə terrorçularla atışmada şəhid olub.
Hazırda bölgədə əməliyyat davam edir.
Qeyd edək ki, əməliyyatın 14 günü ərzində 897 terrorçu zərərsizləşdirilib.
***
Türkiyə Silahlı Qüvvələri (TSQ) daha bir əsgərin şəhid olduğunu açıqlayıb. Məlumata görə, Şeyx Horoz bölgəsində terrorçular Türkiyə ordusuna məxsus tankı vurublar. Hücum nəticəsində bir əsgər şəhid olub, biri isə yaralanıb. Beləliklə, gün ərzində Türkiyənin itkilərin sayı 3-ə, yaralıların sayı isə 6-ya çatıb.
***
TSQ-dan tank vurulması ilə bağlı növbəti açıqlama verilib. Qeyd edilib ki, həmin hücum nəticəsində 5 əsgər şəhid olub. Bununla da gün ərzində Türkiyə ordusunun verdiyi şəhid sayı 7-yə çatıb. Hadisədən sonra Türkiyə qırıcıları və əlavə ordu qüvvələri bölgəyə cəlb edilib. Hazırda Şeyx Horoz bölgəsində şiddətli atışma davam edir.
Metroda kondisionerlər hələ də işləmir? – RƏSMİ AÇIQLAMA
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA
Anbarda gizlədilən 4 milyon manatlıq avtomobil hissələri ələ keçirildi – FOTO
Belə müdaxilələr binanın görünüşünə zərər verir - Memardan XƏBƏRDARLIQ - FOTO










