Ağa Nemətulla küçəsindəki "sürücü özbaşınalığı"na son qoyuldu - VİDEO

Bakının Ağa Nemətulla küçəsində sürücülərin yol hərəkəti qaydalarını kobud şəkildə pozma halları ilə bağlı tədbirlər görülüb. Xatırladaq ki, ərazidəki kəsişmədə sürücülər heç bir yol nişanının tələbinə riayət etmirdilər. Avtosfer.az xəbər verir ki, b u barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) Oxu.az-a verilən məlumata görə, qeyd edilən ərazidə asfalt örtüyü yenidən bərpa olunub və xətlənmə işləri görülərək hərəkətin düzgün qaydada tənzimlənməsi təmin edilib. Bundan əlavə, sözügedən küçələrin kəsişməsində yol nişanlarının tələblərinə riayət etməyən sürücülər barəsində xüsusi texniki vasitələrin köməyi ilə elektron qaydada qanunauyğun tədbirlər görülür.
***
"Necə olmalıdır?" rubrikasının budəfəki buraxılışında paytaxtın Ağa Nemətulla küçəsində sürücülərin yol hərəkəti qaydalarını kobud şəkildə pozması haqqında məlumat verilib.
Avtosfer.az “BakuTV”yə istinadən xəbər verir ki, bu kəsişmədə sürücülər heç bir yol nişanının tələbinə riayət etmirlər. Kəsişməyə kim necə istədi, daxil olur.
Qeyd edilib ki, Ağa Nemətulla küçəsinə sağdan daxil olmaq istəyənlər üçün "Yol ver" nişanı var. Onun da qarşısını avtobuslar kəsir.
Əlavə edilib ki, adıçəkilən küçə ilə düzünə hərəkət etmək istəyən sürücülər üçün də "Geriyə dönmə qadağandır" nişanı var, lakin sürücülər geridönməni həyata keçirirlər.
Nəticə etibarı ilə, yaranan xaotik vəziyyət əlavə stres yaradır. Yaxşı olar ki, bu kəsişmə işıqforla tənzimlənsin.
Ətraflı videoda:
Piyada təhlükəsizliyi ilə bağlı yeni standart: Nə dəyişəcək?
Xəbərdarlıq edildi: SABAH DİQQƏTLİ OLUN
Bakıda bu ərazidə işıqforlar işləmir - VİDEO
Azərbaycanda qar yağacaq, duman olacaq - PROQNOZ
Bakıda yeni metrostansiya bu əraziləri əhatə edəcək - Bəs stansiyanın adı nə olacaq? - AÇIQLAMA
Bu gün avtomobil yolları işçilərinin peşə bayramı günüdür
Yüklə dolu maşınlar Bakı Beynəlxalq Dəniz Ticarət Limanında qalıb - Sürücülərdən şikayət - VİDEO
Azərbaycanda zəlzələ olub – FOTO
Ramazan ayının dördüncü günün duası - İmsak və iftar vaxtı
Dövlət Mühafizə Xidməti öz işini icra edib: Təxribatın hüquqi təhlili - VİDEO
“İmprotex Motors”la bağlanan 2 milyonluq müqavilə iddialarına - MİLLİ MƏCLİSDƏN CAVAB










