Ağac budaqlarının “gizlətdiyi” işıqforlar - VİDEO

Ağacların yarpaqlamağı təbiət üçün faydalı olsa da, bəzi ərazilərdə sürücülər üçün təhlükə saçır.
Paytaxt küçələrində ağac budaqlarının arasında gizlənən yol nişanlarını tez-tez görmək mümkündür. Daha doğrusu bu nişanları görmək mümkün olmur.
"Xüsusilə də işıqforları"
Bu isə sürücülərə müəyyən çətinliklər yaradır. Sürücülər ağacların budaqlarının işıqforun işığını gizlətməsi səbəbindən problem yaşandığını bildirirlər. Yolda hərəkət edən zaman işıqforu görməyən sürücülər hərəkətə davam edərək yolayrıcına girdiklərini və bununla da həm özlərini, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atdıqlarını vurğulayırlar.
Məsələ ilə əlaqədar Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirildi ki, yol nişanlarının qarşısını örtən ağaclarla bağlı, balansdaşıyıcı tərəfindən birliyə müraciət olunmalıdır. Həmin müraciət əsasında budanma işləri həyata keçirilir. Lakin onu da nəzərə almaq lazımdır ki, ağac budaqlarının artması daimi proses olduğundan qurum tərəfindən də mütəmadi monitorinqlər keçirilir. Çəkilişdən sonra da sözügedən ünvanda budaqlar, yaşıllaşdırma birliyinin əməkdaşları tərəfindən budandı.
Ətraflı videomaterialda.
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO










