Ağdama güclü dolu yağdı

Bu gün günorta saatlarında Ağdam rayonuna dolu yağıb. Avtosfer.az anspress-ə istinadən bildirir ki, yağıntı daha çox rayonun Çəmənli, Sarıcalı kəndlərinə və Quzanlı qəsəbəsi ərazisinə düşüb. Təxminən 5 dəqiqə davam edən yağıntı kənd təsərrüfatına ciddi ziyan vurub. Hazırda rayonun fövqəladə hallar komissiyası dəyən zərərin miqdarını müəyyənləşdirir.
Yaşayış məntəqələrinə zərər dəyməsi barədə isə hələlik məlumat yoxdur.
Son günlər ölkəmizdə hava şəraiti tez-tez dəyişir. İyun ayı olmasına baxmayaraq arabir yağış da yağır, dolu da düşür. 2 gün əvvəl Şəkiyə də dolu yağıb. Yağıntı daha çox aran zonalara düşüb. Yerli sakinlər yağan dolunun noxud boyda olduğunu bildirmişdilər. Təbiət hadisəsi zamanı bəzi kənd təsərrüfatı məhsullarına da ziyan dəymişdi. Şorsu və Daşüz kəndlərində taxıl sahələri ziyan çəkmiş, həmçinin kəndlərdə bəzi evlərin dam örtüyünə zərər görmüşdü.
Ramazan ayının ilk günü ölkə ərazisində gözlənilən hava şəraiti də açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Azərbaycanın rayonlarında - bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO










