Ağdamda dəmir yolu və avtovağzal kompleksinin tikintisi bu il başa çatacaq - FOTO - VİDEO

Ağdam şəhərində tikintisi həyata keçirilən layihələrdən biri də dəmir yolu və avtovağzal kompleksidir.
Avtosfer.az xəbər verir ki, "Azərtac"ın bölgə müxbiri Dəmir yolu və avtovağzal kompleksinin ərazisində olub, inşaat işləri ilə maraqlanıb. Zirzəmi, üç mərtəbə və terrasdan ibarət olmaqla, layihələndirilən kompleks vahid nəqliyyat qovşağı şəklində milli arxitektura üslubunda dizayn edilir.
Kompleksin birinci mərtəbəsində dispetçer, həkim, elektrik mühəndisləri, rabitə mexanika otaqları, gözləmə zalları, bilet kassaları, tibb və polis məntəqələri, ana və uşaq otağı, əl yüklərini saxlama kamerası olacaq. Sərnişinlər bu mərtəbədən həm qatarın perronuna, həm də avtobuslar üçün nəzərdə tutulmuş dayanacaqlara rahat keçid edə biləcəklər. 2-ci mərtəbədə dispetçer, mühasib, müdir, server otaqları olacaq. 3-cü mərtəbədə isə mağazalar, uşaqlar üçün əyləncə zonası, boulinq zalı, kitabxana, restoran və istirahət guşələri yaradılacaq.
Binanın tikintisində dəmir-beton işləri tamamlanıb. Hazırda binanın içərisində kommunikasiya xətlərinin çəkilməsi və təmir işləri davam etdirilir.
Kompleksin ərazisində, həmçinin yol işçiləri üçün bina, qazanxana, orta və iri tutumlu nəqliyyat vasitələrinin servisi binası, kiçiktutumlu və fərdi nəqliyyat vasitələrinin servis binası, yeraltı içməli, yanğın və çirkab su anbarları, transformator yarımstansiyası, piyadaların hərəkəti üçün 350 metr uzunluqda sərnişin platforması tikilib.
Ərazidə fərdi nəqliyyat vasitələri üçün yerüstü avtodayanacaq, şəhərdaxili marşrutlar üzrə avtobuslar üçün 16 yerlik perronlar, şəhərlərarası marşrutlar üzrə avtobuslar üçün 16 yerlik perronlar, rayondaxili marşrutlar üzrə avtobuslar üçün 24 yerlik perronlar, orta və iritutumlu nəqliyyat vasitələri üçün yerüstü avtodayanacaq, fiziki məhdudiyyətli şəxslər üçün yerüstü avtomobil dayanacağı, taksi dayanacağı, park, nəzarət-buraxılış məntəqəsi, qazanxana, velosiped dayanacağı, avtomobillər üçün elektrik doldurma məntəqəsi də yaradılacaq.
Dəmir yolu və avtovağzal kompleksində tikinti işlərinin 2025-ci ildə başa çatdırılması nəzərdə tutulur. Dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər sərnişinin daşınmasına imkan verəcək. Avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək. Kompleks sərnişinlərə xidmət etməklə yanaşı, həm də Ağdam rayonunun logistik imkanlarını genişləndirəcək.









“Plug-in” hibrid avtomobillər rəsmi rəqəmlərdən daha çox yanacaq sərf edir - ARAŞDIRMA
Bu yolda dələduzlar peyda olub; maşını saxlayıb ... - Sürücülərin nəzərinə
Bu yollarda hərəkət 2 günlük məhdudlaşdırılır
Mehdiyevlə Əli Kərimlinin çevriliş planını kim ifşa edib? – Elə adlar çəkildi ki…
Kəmaləddin Heydərovun iki general müavini vəzifəsindən azad edildi - RƏSMİ
Təlim, yoxsa təhlükə? - Yollarda yeni problem
Piyada təhlükəsizliyi ilə bağlı yeni standart: Nə dəyişəcək?
Xəbərdarlıq edildi: SABAH DİQQƏTLİ OLUN
Bakıda bu ərazidə işıqforlar işləmir - VİDEO
Azərbaycanda qar yağacaq, duman olacaq - PROQNOZ
Bakıda yeni metrostansiya bu əraziləri əhatə edəcək - Bəs stansiyanın adı nə olacaq? - AÇIQLAMA










