Ağdamda tikilinin damında kişi meyiti tapılıb
Ağdamda ev təmir edən ustanı elektrik cərəyanı vuraraq öldürüb.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb. Baharlı qəsəbə sakini 33 yaşlı Hüseynov Zaur Elsəvər oğlu təmir etdiyi evdə ehtiyatsızlıqdan əli elektrik xəttinə dəyib. Nəticədə Z.Hüseynov hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
***
Ağdamda meyit tapılıb.
Avtosfer.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağdam rayonunun Quzanlı qəsəbəsində tikilinin dam örtüyünün üzərindəki kişi meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.
Məlumatla əlaqədar Nazirliyin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində meyit düşürülərək aidiyyəti üzrə təhvil verilib.