Ağdamın Xıdırlı kəndinə gedən yol niyə bağlıdır? - RƏSMİ AÇIQLAMA

Ağdamın Xıdırlı kəndinə gedən yolun bağlanması bu istiqamətdə hərəkət edən sakinlərin narahatlığına səbəb olub. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib. Qeyd olunub ki, Xankəndi-Şuşa yolunun üstündə yerləşən bu yol heç bir səbəb göstərilmədən bağlanıb.

Məsələ ilə bağlı açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli yolun bağlı olması faktını təsdiqləsə də, səbəbsiz bağlanması məsələsi ilə razılaşmayıb.
"Sözügedən yol Ağdam-Əsgəran yoludur. Hazırda yolun tikintisi davam edir və bu müddətdə yolboyu müxtəlif təyinatlı tikinti texnikaları işləyir. Təhlükəsizlik baxımından qeyd olunan yolda digər avtonəqliyyat vasitələrinin hərəkəti mümkün deyil. Bundan əlavə, yol hələ hazır olmadığından, yol hərəkətinin normal təşkili üçün zəruri olan nişanlanma xətləri və müvafiq yol nişanları da quraşdırılmayıb. Bu səbəbdən yolboyu hərəkətin təşkili və təhlükəsizliyi üçün şərait mövcud deyil. Ağdam-Əsgəran yolunda tikinti işləri başa çatdıqdan, yol hərəkətinin tam təşkili və təhlükəsizlik təmin edildikdən sonra yol avtonəqliyyat vasitələrinin istifadəsinə açılacaq. Onu da əlavə edirik ki, Xıdırlı kəndinə getmək üçün Ağdam şəhərindən alternativ yol mövcuddur. Xahiş edirik, vətəndaşlar bunu nəzərə alsınlar", - deyə A.Nəcəfli bildirib.
Ramazan ayının ikinci gününün duası - İmsak və iftar vaxtı
Prezidentin təhlükəsizlik xidməti və ABŞ polisi təxribatın qarşısını belə aldı - VİDEO
Prezident Sülh Şurasının ilk iclasında iştirak edib - FOTOLAR
Kabusa çevrilən yolda ağır qəzaların səbəbi nədir? - DYP-dən AÇIQLAMA - VİDEO
Azərbaycan Prezidenti İlham Əliyev - indi bu adı deməyi sevirəm - Donald Tramp - VİDEO
Martda 18 qeyri-iş gününün olması əhaliyə necə təsir edəcək? – SORĞU - VİDEO
Deputat maşınlarına keçmiş nazirin şirkəti qulluq göstərəcək
Polis məhkəmə zalında 2600 dollar tapdı - Pul sahibinə qaytarıldı
Günay Ağamalının döydürdüyü deyilən köməkçisindən - Açıqlama
Ruben Vardanyan Ermənistan hakimiyyəti üçün niyə həssas mövzudur? – Politoloq AÇIQLADI
Bakıda bəzi yolların layihəsi səhvdir, yoxsa hərəkətin təşkili düzgün qurulmayıb? - FOTO










