Ağdaşda tunelə su dolub: sakinlər üçün çətin vəziyyət yaranıb - VİDEO

Ağdaş rayonun Hüşün kənddində tunelə su dolub. Nəticədə həmin tuneldən istifadə edən sakinlər üçün çətin vəziyyət yaranıb. Sakinlərin dediyinə görə, tunelə yayda əkin sahələrindən çıxan su, payızda isə yağış suları dolur. Ləki-Qəbələ dəmiryol xətti üçün inşa edilən tunelə yağış suları dolur. Belə olan təqdirdə yolda avtomabillərin hərəkəti çətinləşir. Sakinlərin sözlərinə görə, ən acınacaqlı vəziyyət yolda hərəkət edən piyadalar üçün olur. Bununla bağlı kənd sakinləri yerli qurumlara dəfələrlə müracitdə ediblər, lakin bu günə qədər heç bir nəticəsi olmayıb. Məsələ ilə başğlı “Azərbaycan Dəmir Yolları” QSC-dən şifahi olaraq bildirdilər ki, sözügedən tunel dəmir yolu keçidlərində qatarlarla avtonəqliyyat vasitələrinin mümkün toqquşmalarının qarşısını almaq və hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə inşa edilib. Səsləndirilən problemlə bağlı qurumun nümayəndələri tuneldə müvafiq dövlət qurumlarının mütəxəssisləri ilə görüş keçirməyi planlaşdırır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
Xameneinin ölümünə görə İranda MATƏM ELAN EDİLDİ
İran Dövlət Televiziyası Xameneinin öldüyünü təsdiqlədi - SON DƏQİQƏ
Ramazan ayının on birinci gününün duası - İmsak və iftar vaxtı
Astara sərhədində avtobuslar hazır vəziyyətə gətirilib - FOTO
Yaşlı kişi avtobusda ona yer verməyən əlil gəncin qucağında oturdu - VİDEO
Ramazan ayının onuncu gününün duası - İmsak və iftar vaxtı
Gecə vaxtı təmir aparıb, musiqi dinləyənlərin NƏZƏRİNƏ
Böyük zəlzələ ola bilər, Allah köməyiniz olsun — Məşhur seysmoloq
Əfqanıstan-Pakistan münaqişəsi bu dəfə niyə qızışıb? – Politoloq AÇIQLADI
Sosial şəbəkələrə girişdə yaş məhdudiyyəti olacaq - Prezidentdən sərəncam
Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu – SİYAHI








