Ağdaşdakı qəzada ölənlər bir ailənin iki üzvüdür - YENİLƏNİB

Ağdaş rayonunda baş verən yol-nəqliyyat hadisəsində ölən və xəsarət alanların bir ailənin üzvü olduğu məlum olub. APA-nın xəbərinə görə, Qəbələ rayonu Ziring kənd sakini, 1976-cı il təvəllüdlü Məmmədov Nail Nadir oğlu idarə etdiyi 10-BX-366 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı minik avtomobili yoldan çıxaraq hasara çırpılıb və aşıb. Nəticədə avtomobilin sürücüsü Nail Məmmədov və qayınanası, 1961-ci il təvəllüdlü Abdullayeva Şəfiqə Eldar qızı hadisə yerində ölüb. Sürücünün həyat yoldaşı, 1983-cü il təvəllüdlü Məmmədova Maya Allahyar qızı ağır bədən xəsarətləri alaraq Ağdaş Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
13:06
Ağdaş rayonunda baş vermiş dəhşətli yol qəzasında ölənlərin adları müəyyənləşib. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, martın 6-da saat 20 radələrində Ağdaş rayonunun Türyançay qəsəbəsində Qəbələ rayon sakini Nail Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı hasara vurub. Nəticədə sürücü və sərnişinlərindən həmyerlisi Şəfiqə Abdullayeva hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib. Ağdaş RPŞ tərəfindən araşdırma aparılır.
*****
10:43
Ağdaş rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Ağdaş-Zarağan yolunda, Qəbələ istiqamətində hərəkətdə olan 10 BX 366 dövlət qeydiyyat nişanlı "VAZ 2106" sürücünün idarəetməsindən çıxıb. Yolun kənarındakı maneəyə çırpılan avtomobil daha sonra aşıb. Qəza nəticəsində avtomobildə olan şəxslərdən iki nəfər hadisə yerindəcə vəfat edib. Daha bir nəfər isə yaralanıb. Faktla bağlı araşdırma aparılır.
Ramazan ayının iyirmi səkkizinci gününün duası: İmsak və iftar vaxtı
Söyüş bloqerlərinin nümayiş etdirdiyi foto saxta çıxdı - FOTOLAR
Bakıda bu ərazilər YENİDƏN QURULACAQ
Bu qəsəbədə yol sürücülərin kabusuna çevrilib - Maddi ziyan qaçılmazdır - VİDEO
Nəqliyyat sistemi modernləşdirilir – Tıxacla mübarizədə başqa addımlar da atılmalıdır
Bakıda avtobus zolaqları genişlənəcək - Ekspert açıqladı
“Nizami” metrosunun qarşısında velosipedçilərin təhlükəsizliyi təmin edildi - VİDEO
Robert Köçəryanın Qarabağla bağlı dedikləri Ermənistanı çalxalayıb - POLİTOLOQ
Ramazan ayının iyirmi yeddinci gününün duası: İmsak və iftar vaxtı
Çin maşınlarının satışı azalıb; səbəb bu imiş - RƏSMİ
Netanyahu hakimiyyətdən getmə qorxusu ilə hər dəfə müharibə başladır - POLİTOLOQ










