Ağdaşın qəribə məxluqlar görülən kəndindən görüntülər - VİDEO

Ağdaş rayonunun Qoşaqovaq kəndinin sakinləri təşviş içindədir. Qadın və uşaqlar hava qaralan kimi həyətə çıxmağa belə qorxurlar. Onlar iddia edir ki, kim olduqları bilinməyən insanlar qəribə geyimlərdə həyətlərə girir, gozə görünüb yoxa çıxırlar. İnsanların təşvişə düşməsinə səbəb son 20 gündə kənddə qəribə insanların peyda olmasıdır. Həmin şəxslər həyətlərə girərək sanki nə isə axtarırlar. Hər hansı birini görən kimi isə qaçıb yoxa çıxırlar. Kənd sakinlərində o qədər qorxu yaranıb ki, həmin adamların 3 metrden artıq boyunun və uzun saqqallının olması barədə söz-söhbətlər gəzir. Qoşaqovaq kənd bələdiyyəsinin sədri Xəlil Xəlilov deyir ki, sakinlərin gözünə görünən bu insan təhlükəsiz olsa da, əhalini qorxu içərisində saxlayır. Bələdiyyə sədrinin sözlərinə görə, indiyə qədər heç kimə xəsarət yetirilməyib və heç kimin evindən oğurluq edilməyib.
Məsələ ilə bağlı Ağdaş Rayon Polis şöbəsinə də məlumat verilib. Polis əməkdaşları kəndə baxış keçirib, lakin heç bir qəribəlik aşkar edə bilməyib. Şöbədən bildirilib ki, müraciətlər əsasında ətraflı araşdırma aparılır.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












