Agentlik tələbləri yerinə yetirməyən avtobuslarla bağlı tədbirlər görəcək

Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxtda fəaliyyət göstərən sərnişin daşıyıcı şirkətlərə qış rejiminə keçidlə bağlı tələblər ünvanlanıb. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova deyib. O bildirib ki, bu həm Nazirlər Kabinetinin müvafiq qərarlarından irəli gələn, həm də agentlik tərəfindən hazırlanan Bakı nəqliyyat planında olan tələblərdir: “Qeyd olunan tələblərin, yəni təkərlərin, mühərrikin tam qış rejiminə uyğunlaşdırılması, avtobus salonundakı pəncərələrin normal vəziyyətdə olması və digər tələblərin tam təmin olunmaması ilə bağlı müraciət daxil olarsa, onda həmin daşıyıcılarla bağlı tədbirlər görüləcək. Bununla bağlı işlər gedir. Qəsəbələrdən gələn avtobusların bir çoxunun pəncərələrində problemlər var idi və görülən tədbirlər nəticəsində bu problemlər aradan qaldırılıb”.
N.Allahyarova vurğulayıb ki, Bakı Nəqliyyat Agentliyinin baş direktorunun xüsusi tapşırığı var: “Agentliyin rəhbər şəxsləri aidiyyatı daşıyıcı şirkətlərlə birlikdə problemlərin yerindəcə aşkarlanması və aradan qaldırılması məqsədilə mütəmadi monitorinqlər keçirirlər. Ancaq qarşıda gələn aylarda bu monitorinqlər daha çox keçiriləcək”.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












