“Ağıl dəryası”nın iştirakçısı şəhid oldu - FOTO
Gündəm
30 Yanvar 2017 00:29

18 yaşlı əsgər 4 ay öncə hərbi xidmətə yollanıb
Ermənilərlə həmsərhəd olan Tovuz rayonunun Əlibəyli kəndində Azərbaycan ordusunun əsgəri Xanəli Fəttayev erməni gülləsindən dünyasını dəyişib. Xanəli Fəttayevin yaxınları musavat.com-a deyiblər ki, 18 yaşlı əsgər 4 ay öncə hərbi xidmətə yollanıb. Xanəli Fəttayevin ölüm xəbəri 29 yanvar saat 12:00-da ailəsinə verilib. Onun həmin gün səhər saat 6:00 radələrində şəhid olduğu deyilib. Ailədən bildirilib ki, gecə saatlarında övladlarının cənazəsi ailəyə təhvil veriləcək və hadisə haqqında ətraflı məlumat təqdim olunacaq.
Qeyd edək ki, mərhumun ailəsi Bakının Binə qəsəbəsində, "Südçülük sovxozu" adlanan ərazidə yaşayır. Sosial şəbəkələrdə yaylan məlumata görə, mərhum vaxtilə ANS TV-nin "Ağıl dəryası" layihəsinin iştirakçısı olub. Bu barədə "Ağıl dəryası" verilişinin keçmiş aparıcısı Murad Əzimzadə öz "Facebook" hesabında yazıb.
Allah rəhmət eləsin!

Oxunub : 1849
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 18:30
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
14 Oktyabr 2026 18:00
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
14 Oktyabr 2026 17:25
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
14 Oktyabr 2026 17:00
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
14 Oktyabr 2026 16:41
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
14 Oktyabr 2026 12:00
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
14 Oktyabr 2026 08:45
Bu yollarda tıxac var - SİYAHI
13 Oktyabr 2026 20:35
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
13 Oktyabr 2026 20:30
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
13 Oktyabr 2026 18:15
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
13 Oktyabr 2026 18:11
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
13 Oktyabr 2026 17:41
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
ŞƏRH YAZ












