Ağır cinayətlər törədən 1300 cinayətkar qrup zərərsizləşdirilib

"Azərbaycanda son 5 ildə cinayətlərin orta illik açılması 83 faiz olub. Ağır və xüsusilə ağır cinayətlər törədən 1300 cinayətkar qrup zərərsizləşdirilib, axtarışda olan 12 minə yaxın təqsirləndirilən şəxs tutulub". Bunu daxili işlər naziri Ramil Usubov "Azərbaycan" qəzetinə müsahibəsində deyib. O bildirib ki, əllərdə qanunsuz saxlanılan 3500 odlu silah yığılıb və onun tətbiqi ilə törədilən cinayətlər əhəmiyyətli dərəcədə azalıb: "Məqsədyönlü profilaktik tədbirlər sayəsində, qeydə alınan cinayətlərin 87 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edir. Əldə etdiyimiz müsbət nəticələrdən biri də ölkəmizdə əhalinin 100 min nəfərinə nisbətdə həm ümumi cinayətlərin (255), həm də ayrı-ayrı növlərin, o cümlədən qəsdən sağlamlığa ağır zərər vurmaların, oğurluqların, soyğunçuluqların, quldurluqların və digər hüquqazidd əməllərin sayının əksər Avropa dövlətləri ilə müqayisədə xeyli az olmasıdır".
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












