Ağır texnika daşıyan evakuatorun qəza etməsi yüklərin sığortalanmasını gündəmə gətirib - VİDEO

Paytaxtda üzərində ağır texnika daşıyan yük maşını qəzaya uğrayıb. Nəticədə dəyəri kifayət qədər olan asfalt frezləyən texnika yola aşıb. Həm texnikaya, həm də yol təsərrüfatına ziyan dəyib. Bu fakt bir daha ölkədaxili daşınan yüklərin sığorta məsələsini aktuallaşdırıb.
Sığorta eksperti Vüsal Bədəlov deyir ki, yükdaşıma sığortası ölkədə elə də populyar deyil. Baxmayaraq ki, bu sığorta məhsulu beynəlxalq praktikada ən çox istifadə edilənlər siyahısındadır. Yük sığortasının qiymətləri də elə baha hesab edilmir. Yükün növündən asılı olaraq əksər vaxtlarda cüzi məbləğ ödəməklə risklərdən sığortalanmaq mümkündür.
Yük sığortası təkcə daşınan yükləri deyil, zərər vurula biləcək digər obyektləri də sığortalaya bilər. Xüsusilə də əgər, daşıma zamanı yol təsərrüfatına zərər dəyirsə, müqavilə şərtlərindən asılı olaraq bu zərəri də sığorta şirkətinin qarşılaması mümkündür.
Mütəxəssislər bildirirlər ki, könüllü növ olsa da, yükdaşıma sığortası ciddiyə alınmalıdır.
Ətraflı videomaterialda.
Gecə vaxtı təmir aparıb, musiqi dinləyənlərin NƏZƏRİNƏ
Böyük zəlzələ ola bilər, Allah köməyiniz olsun — Məşhur seysmoloq
Əfqanıstan-Pakistan münaqişəsi bu dəfə niyə qızışıb? – Politoloq AÇIQLADI
Sosial şəbəkələrə girişdə yaş məhdudiyyəti olacaq - Prezidentdən sərəncam
Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu – SİYAHI
Vətəndaşın süni intellektlə hazırlanan videosunu yayanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakıda heç kimin fikir vermədiyi yaşlı kişinin köməyinə polis çatdı - VİDEO
Nil Monze bıçaqlandı - FOTOLAR
Ramazan ayının doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Bu, onların tabutuna vurulmuş son mismar idi - İlham Əliyev - VİDEO
Ermənistan hökuməti seçkilərə görə Avropa İttifaqına müraciət edib - POLİTOLOQ








