Ağır yol qəzalarının baş verdiyi yolla bağlı – Yol polisindən AÇIQLAMA - VİDEO

Mollakənd-Zərdab avtomabil yolunda baş verən qəzada 3 nəfər həyatını itirib. Sözügedən yol bir neçə il öncə əsəslı təmir olunaraq sürücülərin ixtiyarına verilib. Yol inrastrukturu və yol nişanları yenilənsə də, yoldakı sərt döngələr hələ də qalır. Bəzi sürücülər isə yolda radar və müşahidə kameralarının sayının çoxaldılmasının tərəfdarıdır.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, Zərdab-Mollakənd avtomabil yolunda qeydə alınan yol-nəqliyyat hadisələrini bilavasitə hərəkətin təşkili ilə əlqələndirmək doğru deyil.
Belə ki, sözügedən yolda ərazi polis orqanlarının əməkdaşları sutkalıq xidmət aparır və sürət həddi 50 kilometr saata endirilib, sərt döngələrdə, təhlükəli sahələrdə isə müvafiq yol nişanları quraşdırılıb.
Baş Dövlət Yol Polisi İdarəsindən o da bildirildi ki, həmin yolda xüsusi texniki vasitələrin tətbiqi nəzərdə tutulub.
Belə ki, həmin həmin yolda yaxın vaxtlarda xüsusi texniki vasitələrin quraşdırılmasına başlanılacaq.
Ətraflı videomaterialda.
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO










