Ağstafa-Köçəsgər avtomobil yolunun tikintisi başa çatıb - VİDEO

Ağstafa rayonunn Ağstafa-Köşəsgər avtomobil yolunun tikintisi “Azəravtoyol” ASC tərəfindən yenidənqurma işləri yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb. Bu barədə Avtosfer.az-a ASC-dən məlumat veilib. Yol artıq yeni və müasir görkəmdə vətəndaşların istifadəsindədir. Ağstafa-Köçəsgər avtomobil yolunun layihə uzunluğu 15.5 km-dir. Bura 3 km uzunluğunda Qırlı-Eynallı avtomobil yolu da daxildir. Yol 3-cü texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağı enində yenidən qurulub. 7 metr hərəkət hissə və hər bir istiqamət üzrə 2.5 metr enində çiyinlər də daxil olmaqla yolun ümumi eni 12 metr təşkil edir.
Yol ilə xüsusən payız-qış aylarında hərəkətdə müəyyən çətinliklər yaranırdı. Çünki uzun müddət əsaslı şəkildə təmir olunmayan yolda dağılmış və qabarmış hissələr yaranmışdır. Yolun yenidən qurulması ilə bu problem köklü şəkildə aradan qaldırılıb. Yolun yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb və yeni yol yatağı inşa olunub. Qum-çınqıl və optimal-qırmadaş qarışığından ibarət isə yol əsasının tikintisi işləri aparılıb.
Sonra yolun asfaltlanması işləri görülüb. Ümumilikdə, yolun 100 min kv.m-dən çox ərazisinə 2 qat olmaqla 12 sm qalınlığında asfalt-beton örtük döşənib. Aparılan tikinti işləri zamanı yolun altından suların ötürülməsi üçün 18 ədəd müxtəlif diametrli suötürücü borular qoyulub, 2 mövcud avtomobil körpüsündə isə təmir işləri aparılıb.
Görülən işlər tam olaraq yekunlaşdıqdan sonra yola 62 ədəd yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, 46500 metr uzunluğunda yolcizgi və yol göstərici xətlər çəkilib. Bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin birbaşa nəzarəti altında texnoloji ardıcıllığa riayət edilməklə aparılıb.
2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin hesabına bu il reallaşdırılan 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələrindən biri olan Ağstafa-Köçəsgər avtomobil yolunun tikintisi ilə yaşayış məntəqəsinin 18 min əhalisinin gediş-gəlişi xeyli rahatlaşıb, yük və sərnişin daşıması isə asanlaşıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












