Ağstafada dəmiryol xəttinin kənarında tom mərmisinin gilizi tapılıb - FOTO

Nazirlər Kabineti Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağstafa rayonu Saloğlu qəsəbəsi ərazisində Agentlik tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat barədə operativ məlumat yayıb. ANAMA-dan Avtosfer.az-a verilən məlumata görə, bu gün saat 09:58-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağstafa rayonu, Saloğlu qəsəbəsi ərazisində “AzTelekom MMC” tərəfində aparılan qazıntı zamanı mərminin aşkar olması barədə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən Bakı-Böyük Kəsik dəmiryol xəttinin həmin qəsəbədən keçən hissəsinin kənarında qazıntı işləri aparılan əraziyə baxış keçirilib, aparılan əməliyyat tədbirləri nəticəsində 1 ədəd top mərmisinin gilizi (boş) aşkar edilərək götürülüb. Aşkar olunmuş gilizin ətrafında 50 kv.m əraziyə yeraltı baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












