Ağsu aşırımında avtomobillərin hərəkəti çətinləşib

Ağsu, Şamaxı, Qəbələ, Göyçay və İsmayıllı rayonlarına yağan güclü qar nəticəsində Şamaxı-Ağsu, Muğanlı-İsmayıllı-Qəbələ, Göyçay-İvanovka-İsmayıllı yollarının bəzi yerlərində nəqliyyatın hərəkətində çətinlik yaranıb.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, yanvarın 25-də axşam saatlarından başlayaraq bu rayonlara qar yağır. Ağsu, İsmayıllı, Qəbələ və Şamaxının dağ kəndlərində, Ağsu aşırımında, Muğanlı-İsmayıllı-Qəbələ, Şamaxı-Pirqulu, İsmayıllı-Lahıc yollarının bəzi yerlərində yollar qarla örtülüb, buz bağlayıb, nəqliyyatın hərəkəti çətinləşib. Hazırda bu yollarda çox az sayda avtomobil hərəkət edir.
Rayonların aran hissəsinə 10-15 santimetr, dağlıq ərazisinə isə 20-25 santimetr hündürlüyündə qar yağıb. Ağsu aşırımında və Muğanlı-İsmayıllı yolundakı dolaylarda nəqliyyatın hərəkətinin məhdudlaşmaması üçün ağır texnikalar və yol istismar idarələrinin kollektivi əraziyə cəlb olunub. Gecə səhərədək yolların təmizlənməsi üçün işlər görülüb və proses hazırda da davam edir. Xüsusi təyinatlı avtomobillərlə gün ərzində bir neçə dəfə yola qum, duz və xırda daş səpilir. Dolaylarda yolun hərəkət hissəsi qar və buzdan təmizlənir, avtomobillərin intensiv hərəkəti təmin olunur. Hazırda yoldan çox az sayda istifadə edilir. Ağsu aşırımının bəzi dolayları hərəkət üçün təhlükəli olduğundan sürücülər alternativ olaraq Bakı-Kürdəmir-Ağsu, Ucar-Göyçay yollarına üz tuturlar.
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI












