Ağsu aşırımında hərəkət çətinləşdi - Xəbərdarlıq

Yanvarın 27-dən 28-nə keçən gecə yağan qar Ağsu dolaylarında avtomobillərin hərəkətində çətinliklər yaradıb. Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, xüsusilə Bakı-Şamaxı-Yevlax magistral yolunun 144-147-ci kilometrində - dolaylarda yollar tamamilə örtülüb. Burada qarın qalınlığı 4-5 santimetrə çatır. Yağan qar, şaxtalı hava və duman avtomobillərin hərəkətində çətinliklərə səbəb olub. 16 nömrəli “Yol İstismar” MMC-nin işçiləri qumsəpən və qreyderin köməyi ilə səhər saatlarından dolayların xüsusilə təhlükəli ərazilərində təmizləmə işləri aparır, yola duz və qum səpilir. Ciddi səbəb olmadığı halda Ağsu dolaylarından istifadə edilməsi məsləhət görülmür. Zərurət yarandıqda avtomobillərin sazlığı, şinlərin normal vəziyyətdə olması vacibdir.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












