Ağsu dolaylarında yenidən təhlükəli vəziyyət yaranıb – FOTO+VİDEO

Bakı-Şamaxı-Yevlax magistral yolunun Ağsu dolaylarından keçən 149-cu kilometrində torpaq sürüşməsi nəticəsində bağlanan yol təmir olunduqdan sonra, fevralın 7-də açılsa da, ərazidə sürüşmə hələ də davam edir. Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, təmirdən və avtomobillərin hərəkətinin bərpasından bir neçə saat sonra yolun çökməsi, yuxarı hissədə yeni çatların meydana gəlməsi təhlükəli vəziyyət yaradıb. 16 nömrəli “Yol İstismar” MMC-nin işçi qüvvəsi və texnikası fevralın 8-də səhər tezdən əraziyə gəlib. MMC-nin baş mühəndisi Əyyub Məcidov bildirib ki, “Yolun çökən hissəsinə 100 ton asfalt örtük vurulub. Dünən axşamdan avtomobillərin hərəkəti bərpa olunub. Səhər yolun yuxarı hissəsində yenidən çatların yarandığını gördük. Sürüşmənin davam etməsi yenidən təhlükəli vəziyyətə səbəb olub. Sinoptiklərin bildirdiyi kimi, bu günlərin yağışlı və qarlı keçəcəyi təqdirdə sürüşmə daha da aktivləşə bilər. Hələlik yol açıqdır, lakin hər an çatlar böyüyə və dərinləşə bilər. Sürücülərə zəruri səbəb olmadan dolaylardan istifadə etməmələri məsləhət görülür”.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
















