Ağsu dolaylarında yollar buz bağladı - FOTO

Dekabrın 15-dən 16-na keçən gecə yağan qar və şaxtalı hava Ağsu dolaylarında avtomobillərin hərəkətində ciddi çətinliklər yaradıb. Bakı-Şamaxı-Yevlax magistral yolunun dolaylardan keçən 144-147-ci kilometrliyində yol xüsusilə təhlükəlidir. Yağan qalın qar, buzlaşma və duman nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib.
Avtosfer.az azərtac-a istinadən xəbər verir ki, 16 nömrəli "Yol İstismar" MMC-nin 20 işçisi qumsəpən və qreyderin köməyi ilə sübh tezdən dolayların təhlükəli ərazilərində təmizləmə işləri aparır, yola duz və qum səpir.
Mütəxəssislər sürücülərə ciddi səbəb olmadığı halda Ağsu dolaylarından istifadə etməməyi məsləhət görürlər. Zərurət yarandığı halda sürücülər idarə etdikləri maşınların sazlığına, şinlərin normal vəziyyətdə olmasına ciddi diqqət yetirməlidirlər.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI















