Aİ-95-lə çalışan maşınların bazarı bağlandı – Hansı avtomobillər bahalaşacaq?

Xəbər verdiyimiz kimi, Aİ-95 markalı benzinin qiyməti 1,60 manatdan 2 manata qədər artırılıb. Qiymət artımının əsas təsir edəcəyi sahələrdən biri də heç şübhəsiz avtomobil bazarı olacaq.
Bəs, yüksək oktanlı benzinin qiymətinin bahalaşması maşın bazarına necə təsir edəcək?
Sualı Bizim.Media üçün cavablandıran nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, Azərbaycana idxal olunan yeni avtomobillərin əksəriyyəti məhz Aİ-95 markalı benzinlə çalışır:
“İkinci əl avtomobil bazarında isə Aİ-92 markalı benzinlə işləyir. Yüksək oktanlı benzinin qiymətinin yüksəlməsi Azərbaycanın avtomobil bazarında kəskin qiymət artımı və ya azalmasına gətirib çıxarmayacaq. Baxmayaraq ki, ikinci əl avtomobil bazarında yüksək oktanlı benzinlə çalışan nəqliyyat vasitələrinə maraq azala bilər, lakin qiymətlərdə kəskin dəyişmə olmayacaq”.
Ekspert qeyd edib ki, Aİ-95-in qiymətinin artması dizel və kiçik mühərrikli, eləcə də hibrid avtomobillərə marağı artıracaq:
“Burada mənfi olan cəhət ondan ibarətdir ki, benzinin qiyməti artıqca dizel mühərrikli avtomobillərə maraq artır. Bu o qədər də xoşagələn hal deyil. Çünki bu tip mühərrikə malik nəqliyyat vasitələri atmosferə daha çox CO2 qazı buraxır və havanı daha çox çirkləndirir”.
Ramazan ayının iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Bakı və Gəncədə avtobus marşrutları Google Maps-də görünəcək
Baş nazirdən cərimələrin qaytarılması ilə bağlı VACİB QƏRAR
Aİ-95 benzin istifadə edənlərə şad xəbər - Natiq Cəfərlidən AÇIQLAMA
Pulsuz dönər aksiyasındakı izdiham müzakirələrə səbəb oldu - VİDEO
İran körfəzdə hərəkəti dayandırıb; neft və qaz bahalaşır - POLİTOLOQ
İrana hücumun əks-sədası: Çin yanacaq ixracını dayandırdı
Bakı yollarında 21 istiqamətdə sıxlıq var
Ramazan ayının iyirmi birinci gününün duası - İmsak və iftar vaxtı
Dayanacağın yanında parkalanan maşınlar avtobusa maneə yaradır - 69-BB-079 - FOTO
Yaxın Şərqdəki müharibə Cənubi Qafqaza necə təsir edəcək? – Politoloq AÇIQLADI










