Aİ əlavə 300 milyon vaksin satın alacaq
Gündəm
8 Yanvar 2021 19:27
Oxunub 1422

Avropa Komissiyası "Pfizer-BioNTech" şirkəti koronavirus vaksininin satın alınması ilə bağlı sazişini yeniləyib.
Avtosfer.az bildirir ki, sazişə əsasən, Avropa İttifaqı şirkətin istehsalı olan daha 300 milyon vaksin satın alacaq.
Bununla da, Aİ ümumilikdə 600 milyon "Pfizer-BioNTech" vaksini əldə edəcək.
Eyni zamanda Avropa Komissiyası Aİ ölkələrinə ikitərəfli şəkildə vaksin almağı qadağan edib. Qərara əsasən, vaksinlərlə əlaqədar bütün sazişlər yalnız Brüssel vasitəsilə həyata keçirilməlidir.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













