Banner

Aİ rəsmisi erməni əsirlərin ölkələrinə çatma FOTOSUNU PAYLAŞDI

Gündəm 19 Dekabr 2021 12:16 Oxunub 2404
Aİ rəsmisi erməni əsirlərin ölkələrinə çatma FOTOSUNU PAYLAŞDI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycanın Aİ-nin təşəbbüsü ilə daha 10 ermənini qarşı tərəfə təhvil verməsini alqışlayıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Aİ rəsmisi özünün "Twitter"dəki hesabında yazıb.
O, qeyd edib ki, Ermənistanın 10 hərbçisini vətənə qaytara bildiyinə görə şaddır. Toivo Klaar Azərbaycanın bu addımını humanitar məsələlərin həlli prosesində mühüm jest adlandırıb.

Aİ rəsmisi birliyin hər iki ölkənin rəhbəri ilə uğurlu görüşləri üzərində qurmaq üçün hər iki ölkə ilə işləməyə davam edəcəyini vurğulayıb.///oxu.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh