Banner

Aİ sanksiyalarının beşinci mərhələsi: Rusiya gəmilərinə qadağa - VİDEO

Gündəm 5 Aprel 2022 19:05 Oxunub 954
Aİ sanksiyalarının beşinci mərhələsi: Rusiya gəmilərinə qadağa - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rusiya gəmilərinin Aİ limanlarına girişi qadağan ediləcək.

Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen Aİ-nin Rusiyaya qarşı beşinci sanksiyalar paketi ilə bağlı təkliflərini açıqlayarkən bildirib. Onun sözlərinə görə, istisnalar ancaq kənd təsərrüfatı məhsulları və ərzaq, həmçinin enerji təchizatında olacaq. Rusiya ilə yanaşı, Belarus gəmilərinin də Avropa limanlarına daxil olması qadağan edilib.

Aİ-nin Rusiyaya qarşı beşinci sanksiyalar paketində olan digər məsələlər:

- Kömür idxalına qadağa;

- Rusiyadan sement, dəniz məhsulları, spirtli içkilər kimi digər malların idxalına qadağa;

- Yarımkeçiricilərin, maşınların və nəqliyyat avadanlıqlarının ixracına qadağa;

- Rusiya şirkətlərinə Aİ-də dövlət satınalmalarında iştirak etmək, həmçinin, Rusiya dövlət qurumlarının hər hansı maliyyə dəstəyinə qadağa;

- Rusiyanın “dörd əsas bankı” ilə əməliyyatlara tam qadağa;

- Rusiya və Belarus nəqliyyat şirkətlərinin Avropada işinə qadağa.

Mənbə: Mash

ŞƏRH YAZ
Ad

E-mail

Şərh