AİB Azərbaycanda dəmir yollarının rəqəmsallaşdırılması üçün kredit ayırdı

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın dəmir yolu sisteminin rəqəmsallaşdırılması layihəsinin həyata keçirilməsi üçün 47 milyon dollarlıq kreditin ayrılmasını təsdiq edib.
Avtosfer.az xəbər verir ki, “Azərbaycan Dəmir Yollarının Rəqəmsal Transformasiyası Layihəsi” çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) əsas proseslərin, o cümlədən yük əməliyyatlarının idarə edilməsi, aktivlərin saxlanması və təmiri, həmçinin investisiya planlaşdırılmasının rəqəmsallaşdırılması istiqamətində tədbirlər görüləcək.
Layihə, həmçinin müştərilərin daşınma qiymətləri və vergi hesablamalarına çıxış əldə edə biləcəyi sistemin yaradılmasını əhatə edəcək. Bundan əlavə, rəqəmsallaşdırma həlləri ADY-nin büdcə planlaması və müqavilə idarəçiliyi kimi korporativ funksiyalarının təkmilləşdirilməsi üçün tətbiq olunacaq.
ADY-nin transformasiya prosesinin dayanıqlı icrasını dəstəkləyəcək rəqəmsallaşdırma layihəsinin əhatə edəcəyi spesifik istiqamətlər aşağdakılardır:
- Yük-kommersiya sisteminin qurulması;
- Hərəkətə nəzarət sisteminin təkmilləşdirilməsi;
- Cari vəziyyət əsasında təmir idarəçiliyi sisteminin qurulması;
- Təkmilləşdirilmiş biznes davamlılığı, o cümlədən kibertəhlükəsizliyin təmin edilməsi;
- Məlumat bazası modeli və inteqrasiya xəttinin yaradılması;
- Köhnəlmiş İT sistemlərinin istismardan çıxarılması və yenilənməsi.
Qeyd edək ki, ADY-nin rəqəmsal transformasiyası beş əsas istiqaməti əhatə edir: istehsal proseslərinin və ofis funksiyalarının avtomatlaşdırılması, İT infrastrukturunun inkişafı, informasiya təhlükəsizliyinin təmin edilməsi və İT bacarıqlarının artırılması.
ADY, eyni zamanda, yükdaşıma xidmətlərinin təkmilləşdirilməsi üçün Lokomotiv Briqadasının İdarəetmə Sistemi (LBİS), Yük-Kommersiya Əməliyyatlarının İdarəetmə Sistemi (YKƏİS) və Yükdaşıma İdarəetmə Sistemi (YİS) kimi layihələrin həyata keçirilməsini planlaşdırır. Bu layihələr birlikdə lokomotiv briqadalarının idarə edilməsinin optimallaşdırılmasına; qiymətlərin, müqavilələrin və müştəri əlaqələrinin idarə edilməsi üçün qabaqcıl vasitələrin tətbiqinə; məlumat analitikası və avtomatlaşdırılmış planlaşdırma alətlərinin tətbiqi ilə yüklərin idarə olunması və marşrutun optimallaşdırılması prosesinin təkmilləşdirilməsini təmin edəcək.
Bundan başqa, ADY hərəkətin təhlükəsizliyinə neqativ təsirlərin minimuma endirilməsi üçün insidentlərin idarə edilməsi sistemini rəqəmsallaşdırır. Təhlükəsizliklə bağlı proseslərin innovativ həlli gözlənilməz vəziyyətlərə operativ şəkildə reaksiya vermək imkanı yaradır. Nəticədə qatarların daha təhlükəsiz hərəkəti təmin edilir və iş səmərəliliyi artırılır.
AİB-in Mərkəzi və Qərbi Asiya üzrə baş direktoru Yevgeniy Jukov rəqəmsal inkişaf etmiş və müasirləşdirilmiş dəmir yolu sisteminin Azərbaycanın Şərqi və Mərkəzi Asiya iqtisadiyyatlarının Qafqaz və Avropa ilə birləşdirilməsindəki aparıcı rolunu dəstəkləyəcəyini bildirib.
AİB-in Nəqliyyat üzrə mütəxəssisi Nanyan Cou isə qeyd edib ki, bu maliyyələşdirmə ADY-nin əməliyyat və maliyyə performansını təkmilləşdirərək məlumatların idarə edilməsini sadələşdirəcək, aktivlərin idarə edilməsini və ümumi dəmir yolu əməliyyatlarını optimallaşdıracaq.
Piyada təhlükəsizliyi ilə bağlı yeni standart: Nə dəyişəcək?
Xəbərdarlıq edildi: SABAH DİQQƏTLİ OLUN
Bakıda bu ərazidə işıqforlar işləmir - VİDEO
Azərbaycanda qar yağacaq, duman olacaq - PROQNOZ
Bakıda yeni metrostansiya bu əraziləri əhatə edəcək - Bəs stansiyanın adı nə olacaq? - AÇIQLAMA
Bu gün avtomobil yolları işçilərinin peşə bayramı günüdür
Yüklə dolu maşınlar Bakı Beynəlxalq Dəniz Ticarət Limanında qalıb - Sürücülərdən şikayət - VİDEO
Azərbaycanda zəlzələ olub – FOTO
Ramazan ayının dördüncü günün duası - İmsak və iftar vaxtı
Dövlət Mühafizə Xidməti öz işini icra edib: Təxribatın hüquqi təhlili - VİDEO
“İmprotex Motors”la bağlanan 2 milyonluq müqavilə iddialarına - MİLLİ MƏCLİSDƏN CAVAB









