Ailəsiylə tətilə gedən biznesmenə maskalılar hücum etdi - FİLM KİMİ OLAY

Ukraynada azərbaycanlı iş adamı ailəsi ilə birgə Krıma gedərkən yolda naməlum şəxslərin hücumuna məruz qalıb. Donetsk Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, hadisə iki gün əvvəl Zaporojye vilayətinin Melitopol şəhəri yaxınlığında baş verib. Velikaya Novoselka şəhəri yaxınlığında yaşayan, 1978-ci il təvəllüdlü iş adamı Aslanov Vadim Aslan oğlu ailəsi ilə birgə Krıma istirahətə getmək istəyərkən dörd maskalı şəxs nömrəsiz avtomobillə onların yolunu kəsib. Maskalılar avtomobilə zərbələr endirdikdən sonra V. Aslanovun üstünə avtomat silah çəkərək pul və qiymətli əşyaları tələb ediblər. V. Aslanova avtomatın qundağı ilə xəsarətlər yetirən quldurlar onların 10 000 dollaradək pulunu və qızıl-zinət əşyalarını alıblar. Məsələ ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyindən münasibət öyrənməyə çalışsaq da, səfirliyin konsulluq məsələləri üzrə katibi Abbas Mustafayev sualları cavablandırmaqdan imtina edib.
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı












